Accessibility links

Barak Obama: Amerika 11 sentyabrdan sonrakı onillikdə qətiyyət göstərdi


Barak Obama: Amerika 11 sentyabrdan sonrakı onillikdə qətiyyət göstərdi
Barak Obama: Amerika 11 sentyabrdan sonrakı onillikdə qətiyyət göstərdi

ABŞ prezidenti Barak Obama deyir ki, 11 sentyabr terror hücumlarından sonrakı ötən onilliyin hekayəsi Birləşmiş Ştatların dəyanətini göstərir.

Terror hücumlarının onuncu ildönümündə çıxış edən prezident deyib ki, ABŞ həmin gün ağrılı zərbə aldı, amma bu imtahandan daha qüdrətli çıxdı. O, amerikalıların öz həyat tərzlərini qorumaqda qətiyyət göstərdiklərini söylədi:

“Son 10 ildə Amerika öz vətənaşlarını və onların həyat yolunu qoruyacağını aydın etdi. Diplomatlarımız uzaq nöqtələrdə durmadan çalışır. O vaxtdan bəri 2 milyon amerikalı müharibəyə cəlb olunub. Onlar sübut ediblər ki, bizə xətər yetirməyə çalışan adamlar ədalətdən yayına bilməyəcəklər.”

Vaşinqtonda Ümid Konseriti adlandnan tədbirdəki çıxış dünən keçirilən mərasimlərə yekun vurub.

Dünən terror hücumlarının baş verdiyi Nyu York, Pentaqon və Pennsilvaniyanın Şənksvill qəsəbələrində anım mərasimləri keçirilib.

Nyu Yorkdakı Dünya Ticarət Mərkəzində keçirilən anım mərasiminə sentyabrın 11-i hücumları zamanı prezident olmuş Corc Buş və onun xanımı da qatılıblar.

XS
SM
MD
LG