Amerika səfiri Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

Amerika səfiri Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

Səfir Metyu Brayza Azərbaycan xalqına əmin-amanlıq, sülh, xoş günlər arzulayıb

Amerikanın Azərbaycandakı səfiri öz iqamətgahında Novruz bayramı münasibəti ilə mərasim keçirib. Mərasimdə səfir Metyu Brayza, onun ailə üzvləri, səfirliyin əməkdaşları iştirak edib.

“Mən həyat yoldaşım Zeyno və qızım Maya xanımla birgə Azərbaycan xalqını təbrik edirik. Azərbaycan xalqına əmin-amanlıq, sülh, xoş günlər arzulayırıq. Sizinlə birgə, gələcək əməkdaşlığımızı səbirsizliklə gözləyirik”, - deyə o mərasim iştirakçılarına müraciət edib.

Mərasim konsert proqramı ilə davam edib. Kosa və keçəl məclisə daxil olub. “Səma” rəqs qrupu, Bakı İncəsənət Gimnaziyasının tələbələri, Aşıq Samir, ABŞ-dan olan Azərbaycan muğamlarının mahir ifaçısı Cefri Verbax konsert proqramı ilə çıxış edib.

Mərasim bayram tonqalı üzərindən tullanmaqla sona yetib.