Danışıqlarda Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri, regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.
ABŞ-ın dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri Tina Kaydanov Bakıda səfərdədir. O bu gün prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.
Görüşlərdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri, regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Xanım Kaydanov vətəndaş cəmiyyətinin təmsilçiləri ilə də görüş keçirib.