Accessibility links

ABŞ dövlət katibi Ermənistanın xarici işlər naziri ilə görüşüb


ABŞ dövlət katibi Ermənistanın xarici işlər naziri ilə görüşüb
ABŞ dövlət katibi Ermənistanın xarici işlər naziri ilə görüşüb

Birləşmiş Ştatlarla Ermənistan arasında ABŞ üçün çox mühüm olan münasibətlərin mövcudluğundan danışan xanım Klinton deyib ki, bizim qarşımızda dayanan çoxlu, olduqca mühüm məsələlər var və mən bizim indiyə qədər apardığımız mühüm müzakirələrə davam etmək üçün səbirsizliklə gözləyirəm.

Birləşmiş Ştatlar Dövlət Departamentinin açıqlamasına görə sırağa gün Dövlət Katibi Hillari Klinton Vaşinqtonda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. Məlumatda deyildiyinə görə onlar Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ məsələsinin həlli məqsədilə həyata keçirilən sülh prosesi, insan hüquqları, demokratiya quruculuğu və Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması məsələlərini müzakirə ediblər. Departamentin məlumatında qeyd edilir ki, Dövlət Katibi sabit, demokratik, firavan və qonşuları ilə dinc şəraitdə yaşaayan bir Ermənistanın binövrəsinin qoyulması üçün bu ölkə ilə yaxından əməkdaşlıq aparılması barədə Birləşmiş Ştatların öhdəliyini təkrar edib.

ABŞ Dövlət Departamentinin bildirdiyinə görə görüşdən əvvəl Dövlət Katibi Klinton deyib ki, o dəfələrlə görüşdüyü Ermənistanın xarici işlər naziri Nalbandyanı bir daha qonaq etməkdən xoşbəxtdir. Ərmənistanın xarici işlər nazirini salamlayaraq Birləşmiş Ştatlarla Ermənistan arasında siyasətdən tutmuş ailə əlaqələrinə qədər, ABŞ üçün çox mühüm olan münasibətlərin mövcudluğundan danışan xanım Klinton deyib ki, bizim qarşımızda dayanan çoxlu, olduqca mühüm məsələlər var və mən bizim indiyə qədər apardığımız mühüm müzakirələrə davam etmək üçün səbirsizliklə gözləyirəm.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə öz növbəsində ABŞ dövlət katibinə onu səmimiyyətlə qarşıladığı üçün təşəkkürünü bildirib və deyib ki, bir daha Vaşinqtonda olmaq və xanım Klintonla görüşməkdən məmnunluq hissi keçirir. O, tez-tez keçirilən görüşlərin Ermənistanla Amerikanın qarşılıqlı əlaqələrini dərinləşdirmək və möhkəmləndirmək barədəki öhdəliklərinin sübutu olduğunu deyib. Edvard Nalbandyan son illərdə iki ölkənin birgə səyləri nəticəsində qarşılıqlı əlaqələrin keyfiyyət cəhətindən daha yüksək bir səviyyəyə çatdığını bildirməklə bu sahədə gördüyü işlərə görə ABŞ dövlət katibinə təşəkkürünü bildirib.

XS
SM
MD
LG