Amerika dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Erik Rubin yanvarın 18-də Bakıya gələcək. Səfər zamanı ikitərəfli münasibətlər müzakirə ediləcək. Bu barədə Amerikanın Səsi radiosuna ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
Cənab Rubin səfər çərçivəsində yanvarın 18-19-da Azərbaycanın dövlət rəsmiləri, parlament nümayəndələri, vətəndaş cəmiyyəti və siyasi partiyaların təmsilçiləri ilə görüşlər keçirəcək. Səfər yanvarın 20-də başa çatacaq.
Dövlət katibinin müavinin köməkçisinin səfəri İrana qarşı sanksiyaların gücləndirilməsi dövrünə təsadüf edir. Yerli ekspertlərin fikrincə, danışıqlarda ikitərəfli münasibətlərlə yanaşı, İrana qarşı sanksiya, Xəzər regionundakı beynəlxalq layihələrin təhlükəsizliyi, Əfqanıstana yüklərin daşınma həcminin artırılması, həmçinin demokratiya və insan hüquqları ilə bağlı məsələlər gündəlikdə olacaq.
Ekspertlərin fikrincə, ikitərəfli münasibətlərlə yanaşı, İrana qarşı sanksiyalar, Xəzər regionundakı beynəlxalq layihələrin təhlükəsizliyi, Əfqanıstana yüklərin daşınma həcminin artırılması və demokratiya məsələləri gündəlikdə olacaq.