Accessibility links

ABŞ dövlət katibinin müavininin köməkçisi Azərbaycan müxalifətinin rəhbərləri ilə görüşüb


ABŞ dövlət katibinin müavininin köməkçisi Azərbaycan müxalifətinin rəhbərləri ilə görüşüb
ABŞ dövlət katibinin müavininin köməkçisi Azərbaycan müxalifətinin rəhbərləri ilə görüşüb

Görüşdə Müsavat başqanı, AXCP sədri, Ümid Partiyasının sədri, REAL hərəkatının həmsədri iştirak edib.

REAL hərəkatının həmsədri İlqar Məmmədov, AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər və Ümid partiyasının sədri İqbal Ağazadə yanvarın 18-də Bakıda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Erik Rubinlə görüşüb.
REAL hərəkatından APA Agentliyinə verilən məlumata görə, görüşdə çıxış edən hərəkatın rəhbəri İlqar Məmmədov diplomata 2013-cü il prezident seçkilərinə hazırlığın vəziyyəti haqqında məlumat verib. ABŞ-Azərbaycan münasibətlərini dəyərləndirən İlqar Məmmədov məlum səfir təyinatı probleminin Qarabağ danışıqlarında ABŞ-ın vasitəçiliyinə zərbə vurduğunu diplomatın diqqətinə çatdırıb. Bununla belə, onun sözlərinə görə, vasitəçilik fəaliyyətində Senatın deyil, prezidentin aparıcı rola malik olması Senatda baş verən xoşagəlməz hadisənin tarazlaşdırılmasını tələb edir: “İranı da əhatə edən geniş regionumuzdakı sabit olmayan durumdan faydalanmaq istəyən Ermənistan, Rusiyanın imperialist dairələrinin himayədarlığı ilə, Qarabağ münaqişəsini yenidən alovlandırmağa meyllidir. Məqsəd, Azərbaycanı iqtisadi və inkişaf perspektivlərindən, üstünlüklərdən məhrum etməkdir”.

XS
SM
MD
LG