Azərbaycan-Amerika münasibətləri müzakirə ediləcək
Bu il fevralın 24-də ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq Tbilisidən Bakıya gələcək.
ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumatına görə, cənab Steynberq ölkənin siyasi rəhbərliyi ilə ikitərəfli münasibətlər barədə danışıqlar aparacaq. Səfər zamanı dövlət katibinin birinci müavinini, dövlət katibinin müavini Filip Qordon müşayiət edəcək.