ABŞ-Azərbaycan ikitərəfli hərbi əməkdaşlıq məsələləri və “Regional cavab - 2011” birgə hərbi təliminin keçiriləcəyi vaxt barədə danışılıb.
Azərbaycanın müdafiə naziri Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanı qəbul edib.
Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə ABŞ-Azərbaycan ikitərəfli hərbi əməkdaşlıq məsələləri və inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, təxirə salınmış “Regional cavab - 2011” birgə hərbi təliminin keçiriləcəyi vaxt barədə də danışılıb. Bundan başqa, enerji infrastrukturunun təhlükəsizliyi haqda fikir mübadiləsi aparılıb.