Müxalif siyasi liderə 2006-cı ildən pasport verilmir
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə vətəndaş pasportunun verilməsindən imtina ilə bağlı şikayət üzrə kommunikasiyaya start verib. Bu barədə vəkil İntiqam Əliyev bildirib.
Ə.Kərimli barəsində 1994-cü ilin sentyabrında müxalifətin keçirdiyi toplantılardan birində cibində bomba tapıldığına görə o zaman qüvvədə olan Cinayət Məcəlləsinin 220-ci maddəsi (qanunsuz silah saxlama) ilə cinayət işi başlanıb və həbs olunub. Yerli və beynəlxalq təşkilatların təzyiqi ilə bir müddət sonra həbsdən azad edilib və barəsindəki cinayət işi üzrə icraat 1995-ci ilin dekabrında dayandırılıb.
2001-ci ilin iyun ayında aldığı ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdiyi üçün 2006-cı ilin iyununda yeni pasport almaq məqsədilə Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat İdarəsinə (DİN PQİ)lazım olan sənədləri təqdim etməklə müraciət edib. Lakin həmin qurum 2006-cı ilin iyulunda qeyri-rəsmi şəkildə ona yeni pasport verməkdən imtina edib. İmtina onunla əsaslandırılıb ki, 10.09.1994-cü ildə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən onun haqqında Cinayət Məcəlləsinin 220-ci maddəsinin birinci hissəsi ilə cinayət işi başlanıb, lakin keçən 12 il müddət ərzində həmin işin nəticəsi barədə DİN-nin mərkəzi məlumat və statistika idarəsinə məlumat daxil olmayıb. Ona görə də PQİ tərəfindən həmin cinayət işinin nəticəsi barədə Ə.Kərimlidən arayış tələb edilib.
Bakı Şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciətdən sonra Ə.Kərimliyə məlum olub ki, onun haqqında başlanmış cinayət işi 1994-cü ildə Nəsimi Rayon Prokurorluğu tərəfindən Baş Polis İdarəsindən götürülüb və 21 dekabr 1995-ci ildə icraatı dayandırılıb. Ə.Kərimlinin həmin qərarın ləğv edilməsi barədə Baş Prokurora və Bakı Şəhər Prokurorluğuna müraciətləri nəticə verməyib.
Ə.Kərimli DİN PQİ-nin üzərinə isə ümumvətəndaş pasportu vermək vəzifələrinin qoyulması tələbi ilə 05 sentyabr 2006-cı ildə Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Nəsimi Rayon Məhkəməsi (hakim M.Zülfiqarov) 02 noyabr 2006-cı il tarixdə şikayətə baxaraq onu rədd edib.
Ə.Kərimli ölkədaxili müdafiə vasitələrini tükəndirdikdən sonra 16 yanvar 2009-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərib. Şikayətdə o, Azərbaycan Hökumətinin ona şəxsiyyət vəsiqəsini verməkdən imtinası və bununla bağlı məhkəmələrdə qaldırdığı şikayətlərin ədalətli araşdırılmaması İnsan hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən məhkəməyə çatımlıq, ağlabatan müddətdə işinə baxılması, 8-ci maddəsindəki özəl həyata müdaxilə, 2 saylı Protokolun 2-ci maddəsindəki hərəkət azadlığı hüququnun pozuntusunu mübahisələndirib.
İşlə bağlı şərh verən İntiqam Əliyev qeyd edib ki, Kərimli barəsində cinayət işi 18 ildir davam edir.
“O, 7 ilə yaxındır ki, Azərbaycan vətəndaşı olduğunu təsdiqləyən sənədi ala bilmir. Absurd olan odur ki, bu müddət ərzində o, prezident və parlament seçkilərində namizəd kimi qeydiyyata alınıb və seçkilərdə iştirak edib”- deyə Əliyev bildirib.
Ə.Kərimli 1995 və 2000-ci illərdə Milli Məclisinin deputatı seçilib. O, 1996 və 2001-ci illərdə Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsindən (DİN PQİ) ümumvətəndaş pasportu alıb, 1998 və 2003-cü illərdə millət vəkili kimi diplomatik pasport verilib. Həmin müddət ərzində o, onlarla xarici ölkələrdə səfərdə olub və beynəlxalq görüşlər keçirib.
“Bu iş Azərbaycan hakimiyyətinin öz opponentlərinə münasibətdə ən iyrənc formalardan istifadə etməkdən belə çəkinmədiyini göstərən nümunələrdəndir”-deyə vəkil bildirib.