Bu, Azadlıq Partiyasının sədri Əhməd Orucdur. 6 nəfərin isə sənədləri isə MSK-ya daxil olub
Avqustun 11-də Mərkəzi Seçki Komissiyası (MSK) Azadlıq Partiyasının sədri Əhməd Orucun prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Bundan əvvəl MSK hakim Yeni Azərbaycan Partiyasının sədri, hazırki prezident İlham Əliyevin namizədliyini təsdiqləyib.
Digər altı iddiaçıdan da sənədlər daxil olub: Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, “İctimai Əlaqələr Mərkəzi” QHT-nin rəhbəri İlqar Altay (namizədliyini özü irəli sürüb), Ümid Partiyasının rəhbəri İqbal Ağazadə, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Hüseynquliyev.
MSK vətəndaşın prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq etdikdən sonra namizədliyə iddialı şəxs 40 min seçici imzası toplamalıdır.