Accessibility links

Milli Şuranın vahid namizədinin Seçki Qərargahı toplanıb


Milli Şura
Milli Şura

Milli Şuranın vahid namizədinin rəsmi irəli sürülməsi, sənədləşdirilmə məsələləri müzakirə edilib

Avqustun 6-da Milli Şuranın vahid namizədinin Seçki Qərargahının toplantısı keçirilib.

Milli Şuranın İcra Aparatının mətbuat xidmətinin məlumatına görə, iclasda Milli Şuranın seçki kampaniyasının təşkilatı məsələlərə məsul olan AXCP, “El” Hərəkatı, ACP, ALP, KXCP-nin nümayəndələri iştirak edib.

Toplantıda Milli Şuranın vahid namizədinin rəsmi irəli sürülməsi ilə bağlı təşəbbüs qrupunun formalaşdırılması, onun tərkibi, yığıncağın yeri və qanuna uyğun olaraq sənədləşdirilməsi məsələləri müzakirə edilərək, müvafiq qərarlar qəbul olunub.

Eyni zamanda vahid namizədin qanunvericiliyə uyğun olaraq respublika ərazisində imza toplamaq kampaniyasının təşkili məsələləri hərtərəfli müzakirəyə çıxarılıb və konkret qərarlar verilib.

Avqustun 7-də isə vahid namizədin seçki qərargahında seçki kampaniyasının analitik, sosial sorğular, daxili və beynəlxalq piar məsələləri ilə bağlı müşavirə keçirilib.

Xatırladaq ki, Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovdur. Azərbaycan və Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyov Moskvadadır. Azərbaycan konstitusiyasına görə, ikili vətəndaşlığı olan şəxs prezidentliyə namizəd ola bilməz.
İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmaq üçün Rusiya prezidentinə müraciət edib. Müraciətə nə vaxt baxılacağı bəlli deyil.

Vahid namizədin Seçki Qərargahının toplantısında Milli Şuranın üzvü Müsavat Partiyası iştirak etməyib. Müsavat Partiyası lideri İsa Qəmbərin prezidentliyə namizədliyini irəli sürüb. Isa Qəmbər Rüstəm İbrahimbəyovun namizədliyi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməyincə namizədliyini geri götürməyəcəyini bəyan edib.
XS
SM
MD
LG