Afrika Birliyi Afrika Buynuzunda aclıqdan əzab çəkən 12 milyon insana yardıma çağırır

  • Amerikanın səsi

Afrika Birliyi Afrika Buynuzunda aclıqdan əzab çəkən 12 milyon insana yardıma çağırır

Afrika Birliyi Afrika Buynuzunda hələ də aclıqdan əzab çəkən 12 milyon insana yardım məqsədi ilə Efiopiyada donor ölkələrin konfransına ev sahibliyi edir. Bu gün paytaxt Ədis-Əbəbədə keçiriləcək konfransda onlarla Afrika ölkəsi liderlərinin toplanacağı gözlənilir. Bu görüş əvvəlcə avqust ayının əvvəlinə təyin edilmişdi və rəsmilər yığıncağın taxiri barədə ortaq qərara gəlmədikləri üçün bu günə keçirildi. 500 milyon dollar söz verən Afrika Birliyinə 54 üzv ölkə yardımı gecikdirdiklərinə görə tənqidlərlə üzləşir. BMT-nin yüksək rütbəli rəsmiləri konfransda yardımın 600 milyona qaldırılacağı qərarına gəlinəcəyinə ümid etdiklərini demişlər.