Tədqiqatçı alim Ədalət Tahirzadənin Amerikanın Səsinə müsahibəsi
Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə Amerikanın Səsinə müsahibəsində Azərbaycan Respublikasının lideti Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi, aparılan tədqiatlar, onun əsərlərinin dərci, arxiv materiallarından danışıb.
Tahirzadə bildirib ki, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov Məhəmməd Əmin Rəsulzadəninin əsərlərinin 10 cildliyini çapa hazırlayıb. İndiyədək külliyatın 5 cildi çap olunub.
Tədqiqatçı alim bildirib ki, M.Ə.Rəsulzadənin “İran türkləri”, “Qafqaz türkləri”, “Əsrimizin səyavuşu” , “Çağdaş Azərbaycan ədəbiyyatı”. “Çağdaş Azərbaycan tarixi” və başqa əsərləri də ayrıca kitablar şəklində çap olunub.
Azərbaycanın YUNESKO-da uzun müddət nümayəndəsi olmuş Ramiz Abutalıbov Fransadan M.Ə.Rəsulzadə, azərbaycanlıların mühacirət həyatı ilə bağlı minlərlə sənəd əldə edib. Abutalıbov Moskvada rus dilində M.Ə.Rəsulzadənin mühacirət həyatı dövründə yazdığı əsərləri, məktubları dərc etdirib.
Türkiyədə Egey Univesitetinin professoru Yavuz Akpinar Rəsulzadəninin Türkiyədə yazdığı əsərləri və məktublarını nəşrə hazırlayıb.
Tahirzadə xarici ölkələrin arxivlərində Azərbaycan Respublikası ilə bağlı çoxsaylı materialların olduğunu deyib.
“Bu materialların işlənməsi və ölkəyə gətirilməsi üçün işlər aparılmalıdır. Bu arxiv materialalrı Azərbaycan xalqının, Azərbaycan dövlətinin tarixidir”.
Tədqiqatçı hesab edir ki, 1918-ci ildə qurulmuş respublikanın adı bu gün düzgün yazılmır.
“Mən 1918-1920-ci illərdə çoxsaylı dövlət sənədlərini tədqiq etmişəm. İstər rəsmi sənədlərdə, blanklarda, möhürlərdə bu gün səsləndirilən Azərbaycan Demokratik Respublikası və ya Azərbaycan Xalq Cümhuriyəti sözləri yazılmayıb. Bütün sənədlərdə dövlətin adı Azərbaycan Respublikasıdır ”, o qeyd edib.