Amerika Birləşmiş Ştatları prezident seçki kampaniyasında maliyyənin rolu

Your browser doesn’t support HTML5

Paytaxt Vaşınqtonda insanları narahat edən əsas mövzu 2010-cu ildə qəbul olunmuş qərarla korporasiyaların, həmkarlar ittifaqlarının və varlıların seçki kampoaniyasına istədikləri qədər pul xərcləyə bilmələridir
Əminliklə deyə bilərik ki, 2012-ci il Birləşmiş Ştatlarda keçiriləcək prezident seçkiləri Amerika tarixində ən bahalı seçki olacaq. Ali məhkəmənin qərarı ilə müstəqil təşkilatların seçicilərə təsir etmək üçün istədikləri məbləğdə maliyyə vəsaiti xərcləməsinə icazə verməsi öz növbəsində seçkilərin nəticələrinə əsaslı şəkildə təsir edəcək.

“Payızda keçiriləcək debatlarda Amerika iqtisadiyyatını kim dirçəldə biləcək sualı,” ölkənin radio dalğalarında neqativ siyasi reklamlar yerləşdirilməsi, “Barak Obamanın iflasa uğramış stimullaşdırma üçün hədər yerə 800 milyard dollar israf etməsi,” “Mit Romninin 200 miliyon dolları olduğu halda, Paul Ryanın büdcə planı ilə yalnız bir faiz vergi ödəyəcəyi” mövzular müzakirə olunacaq.

Seçki kampaniyası çərçivəsində reklamların çoxunun xərci çox az insanın tanıdığı qruplar tərəfindən ödənilir. Buna etiraz edən insanlar Vaşinqton küçələrində etiraz aksiyası keçirir. Amerikalılar Ali Məhkəməyə etiraz edəcək qədər əsəbləşiblərinin əsas səbəbi 2010-cu ildə qəbul olunmuş qərarla korporasiyaların, həmkarlar ittifaqlarının və varlıların seçki ərəfəsində istədikləri qədər pul xərcləyə bilmələridir. Onların əsəs şüarları belədir: “Haqlar insanlar üçündür, korporasiyalar üçün deyil!”

“Mənə elə gəlir ki, korporasiya pulları bizim siyasəti istila edir və əsas adi insanların səslərini əlindən alır.”- deyə Paul Kinq etirazını bildirir.

Seçki xərclərini izləyən Reaksiyalı Siyasət Mərkəzinə istinadən 2004-cü ildə müstəqil qruplar 69 miliyon dollar reklama xərcləyiblər. Bu göstərici 2008-ci ildə 156 miliyon dollara yüksəlib. Bu il təxminən 300 miliyon dollar xərclənib və bu rəqəmin noyabr ayına qədər daha çox artacağı ehtimal olunur.

“Bizim uzun-müddətli narahatlığımız bunun korrupisyanın resepti olmasıdır.Bu pulların çoxunun kim tərəfindən xərcləndiyini biz bilmirik. Əlbəttə ki, Amerikan xalqı seçilən rəsmilərə təsir edən pulların kim tərəfindən xərcləndiyini bilməlidir.” - deyən Ümumi Mübarizə hüquq müdafiə təşkilatının əməkdaşı Meri Boyl bildirib.

Analitiklər deyir ki, reklamlarla hədəfə alınan seçicilər artıq narazı ola bilərlər və onlar seçkiyə gedərkən çaşqınlıq baş verə bilər.

“Siz dünyadakı bütün pullara sahib ola bilərsiz, və bütün resurslara sahib ola bilərsiniz, lakin sizin əsas hədəfiniz olan auditoria, sizin seçicilər bu yardımlara görə məyus olurlar, hirslənirlər və bunun sizə faydası olmur.”- deyə “The Heritage” fondunun baş analitiki Maykl Frank bildirib.

Prezident seçkilərində qeyri-müəyyən seçicilərin sayı azdır, lakin bunun sərbəst pul axınının qarşısını alacağı gözlənilmir.

Sorğular, yarışın bərabər getdiyini göstərirkən, seçki gününədək kampaniyalara pul səpələnməsinin davam edəcəyi gözlənilir.