Accessibility links

Müsəlman Demokratlar ABŞ seçkilərində fəal iştirak edir [Video]


ABŞ-da "Müsəlman Demokratları" qrupu
please wait

No media source currently available

0:00 0:02:52 0:00
Son bir neçə ildə Birləşmiş Ştatların Demokrat partiyası müxtəlif demoqrafik qrupları özündə cəmləşdirməyə başlayıb. Bunlardan biri də “Musəlman Demokratları” qrupudur. Dörd il bundan əvvəl seçkilərdə iştirak etmək üçün qrup partiyaya yeni müsəlman üzvləri cəlb etməyə başladı. Qrup Demokratların Şimali Karolina ştatının Şarlott şəhərində keçirdiyi Konqresdə iştirak edirdi.

11 il əvvəl, terror hücumlarından sonra Amerikada müsəlmanların sayı üçdə-iki dəfə artıb. Onlardan çoxu mühacirdir və hücumlarda ittiham edilərək, bəzi amerikalılar tərəfindən ayrıseçkiliyə məruz qalır. ABŞ-da 29 yaşa qədər müsəlman gənclərin demək olar ki, yarısı səs vermək üçün qeydiyyatdan keçib.

Qallop-un keçirdiyi rəy sorğuları Amerikada əsas dini qruplarla müqayisədə səs vermək üçün müsəlmanların qeydiyyatdan daha az keçdiyini göstərib.

Kaliforniyadan nümayəndə Nadiya Hüseyn öz bloqunda Amerika müsəlmanlarından bəhs edir. “Cəmiyyətimizdə nəzərə çarpan anti-müsəlman ritorikası onları bir müddət siyasətdən təcrid edib.” -deyə, o bildirir.

ABŞ Konqresinin iki müsəlman üzvü bu halı dəyişmək istəyir. Minnesota ştatından Kiyt Ellison Konqresə 2006-cı ildə seçilən ilk müsəlmandır.” Müsəlman Demokratların” yığıncağında çıxış edən Ellison Amerikadakı diskriminasiyaya toxunub. “Onlar bizə siyasətdə aktiv iştirakın mühümlüyünü göstərir ki, bu, təkcə Demokrat partiyasını deyil, bizim içərisindən çıxdığımız icmaları formalaşdırır.”

Demokrat müsəlman təşkilatları digər qruplara göstərilən xüsusi maraqları özləri üçün də tələb edirlər. Quriltayda iştirak edən 6000 nümayəndədən 100-ü müsəlmandır ki, bu da 4 il bundan əvvəllə müqayisədə iki dəfə çoxdur.

Ohayo ştatından nümayəndə, amerikalı Katina Hurani İslamı uzun illər bundan əvvəl qəbul edib. O, səsvermədə böyük müsəlman kütləsinin iştirakının Amerikada müsəlmanlara münasibəti dəyişə biləcəyini deyir.

Ötən seçkilərdə müsəlmanların 90 faizi Barak Obamaya səs vermişdi. Bu dəfə də, qarşıdan gələn seçkilərdə müsəlman nümayəndələr səfərbər olaraq, yenə də həmin adama səs verəcəklərinə ümid edirlər.
XS
SM
MD
LG