Accessibility links

Mitt Romni ABŞ diplomatlarına hücuma görə Barak Obamanı tənqid etdi


ABŞ prezidenti Barak Obama deyir ki, prezidentliyə Respublikaçı namizəd Mitt Romninin Yaxın Şərqdə iki Amerika diplomatik korpusuna hücumlarla bağlı bəyanatı opponentinin vəziyyəti düzgün qiymətləndirə bilməmək bacarığını göstərir.

Respublikaçı namizəd açıqladığı bəyanatda ABŞ-ın Qahirədəki səfirliyinə hücuma görə üzr istəyən prezidenti qınayaraq bildirib ki, cənab Obamanın bu addımı rüsvayçılıqdır.

O, bəyanatında Qahirədəki səfirlik tərəfindən açıqlanan və Məhəmməd peyğəmbər əleyhinə kardlar göstərən filmi pisləyən bəyanata işarə edib. Bəyanat nümayişçilərin kompleksə daxil olmasından və eləcə də Benqazidə səfirin və 3 diplomatın həyatına son qoyan ABŞ konsulluğuna hücumdan əvvəl açıqlanmışdı.
XS
SM
MD
LG