Siyasi fəal Abbas Lisani keçən iyul ayında keçirilən Babək Qalası yürüşü ilə əlaqədar Təbriz İnqilab Məhkəməsinə çağırılıb.
Abbas Lisani və onlarla digər fəal iyul ayında ənənəvi Babək Qalası yürüşünün keçirilməsindən bir neçə gün öncə nəzarət altına alınıb və daha sonra zəmanət qarşılığında sərbəst buraxılmışdır.
HRA agentliyinin xəbərinə istinadən, sentyabrın 16-da Abbas Lisaninin mobil telefonuna SMS göndərilərək ondan iki gün sonra məhkəməyə müraciət etməsini tələb edilib.
SEE ALSO: Amnesty International güneydəki həbslərlə bağlı hesabat yayıbAmma Ərdəbildə yaşayan fəal rəsmi çağırış məktubu olmadan Təbriz İnqilab Məhkəməsinə müraciət etməyəcəyini bildirib.
“Çağırışın təxirlə gəlməsi və göndərənlərin qərəzli niyyətini nəzərə almasam da, qanuna uyğun bir şəkildə və rəsmi damğalı çağırış vərəqəsi göndərilmədiyi üçün məhkəməyə müraciət etməyəcəyəm,” tanınmış türk fəalın sözləri HRA-nin veb səhifəsində dərc edilib.
Amnesty Internationalın bildirdiyinə görə, keçən iyun və avqust aylarında keçirilən Babək Qalası və Savalan Dağı yürüşləri ilə əlaqədar təqribən 120 fəal nəzarət altına alınıb.