Iran azərbaycanlılarının hüquqlarının müdafiəçisi Abbas Lisani 100 min dollar müqabilində zaminə buraxıldıqdan sonra “Amerikanın səsi”nin müxbiri İnsafəli Hidayətlə telefon söhbəti aparıb. Redaksiyamıza müsahibə verməkdən imtina etsə də, o, müxbirimizin suallarını cavablandırıb. Səhhət durumunun ağır olmadığını deyən Lisani daha ciddi cəza hədələri altında olduğunu bildirib. Abbas Lisani Urmiyə gölünün müdafiəsi sahəsində apardığı fəaliyyətlərin qanuni olduğunu deyib.