ABŞ rəsmiləri deyir ki, Birləşmiş Ştatlar və Çin bu həftə Seulda keçirilən nüvə təhlükəsizliyi sammitinə kölgə salacaq Şimali Koreyanın raket sınağına birgə cavab vermək barədə razılığa gəlib.
Prezident Barak Obamanın müşavirinin sözlərinə görə, Çin prezidenti Hu Cintao cənab Obama ilə təkbətək görüşü zamanı hökumətinin məsələ ilə bağlı ciddi narahatlığını ifadə edib.
Milli Təhlükəsizlik üzrə müşavir müavini Ben Rodes jurnalistlərə verdiyi açıqlamada cənab Hunun ABŞ prezidentinə Çinin öz narahatlığını Pxenyana bildirdiyini deyib. Onun sözlərinə görə, iki lider mümkün raket sınağına qarşı necə cavab verməyi birgə nəzərdən keçirmək barədə razılığa gəlib.
Dünən cənab Obaça Çini Şimali Koreyanın nüvə proqramına göz yummamağa və Pxenyanın nüvə ambisiyasının qarşısını almaq üçün öz təsirindən istifadə etməyə çağırmışdı.