Accessibility links

Pxenyan ABŞ-ın raket sınağına görə ərzaq yardımını dayandırmasını qınayıb


Şimali Koreya şənbə günü bildirib ki, Birləşmiş Ştatlar ərzaq yardımını dayandırmaqla Pxenyanın planlaşdırılmış raket sınağına həddindən artıq reaksiya göstərir.

Şimali Koreya fevral ayında nüvə və uzun mənzilli raketlərin sınağı, habelə nüvə fəaliyyətlərini müvəqqəti olaraq dayandırdığını elan etmişdi. Bunun müqabilində Vaşinqton Şimali Koreyaya 240 min ton ərzaq yardımı ayrılacağını vəd etmişdi.

Rəsmi Vaşinqton Şimali Koreyanın planlaşdırdığı raket sınağını bu razılığın pozulması hesab edərək, Pxenyanın uzun mənzilli raket texnologiyaları əldə etməyə çalışdığını bəyan edir.

Şimali Koreya isə raketdən kosmik fəzanın öyrənilməsi məqsədilə peykin fəzaya çıxarılması üçün istifadə ediləcəyini bildirir.

XS
SM
MD
LG