ABŞ İsrailin təcrid olunmasından narahatdır(YENİLƏNİB)

  • Amerikanın səsi

ABŞ İsrailin təcrid olunmasından narahatdır(YENİLƏNİB)

ABŞ-ın Müdafiə naziri Leon Panetta Yaxın Şərqdə sülhün əldə olunması üçün İsraillə fələstinlilər arasında danışıqlara alternativ görmədiyini bildirib.

Bu gün Tel-Əvivdə keçirilən mətbuat konfransında çıxış edən Panetta tərəfləri iki dövlətin mövcudluğu prinsipi əsasında həll yolu istiqamətində cəsarətli adımlar atmağa çağırıb.

Bir neçə saatdan sonra İsrail baş naziri Benyamin Netanyahu fələstinlilərin prezidenti Mahmud Abbas və fələstinlilərin baş naziri Salam Fəyyadla görüşəcək. Bundan sonra o, NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirəcəkləri görüşdə iştirak edəcək.