İsrailin nazirlər kabineti minlərlə israillinin iqtisadi islahatlar tələbi ilə keçirdiyi nümayişlərə cavab olaraq, yaşayış xərclərinin azaldılmasına dair ölçüləti təsdiq edib. Təkliflər baş nazir Benyamin Netanyahunun təşkil etdiyi xüsusi komitə tərəfindən irəlli sürülüb.
Cabinet üzvlərinin üçdə iki hissəsi vergilərin ixtisarı, pulsuz təhsil və ev qiymətlərinin azaldılması kimi ölçülərin leyhinə səs verib.
Avqust ayında minlərlə insan islahat tələbi ilə Tel-Əviv, Hayfa və Biirşeba şəhərlərində nümayişlərə çıxmışdı.