Rəsmi səfərlə Türkiyədə olan Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden hal-hazırda Suriyanı qanlı zorakılıqları dayandırmağa çağıran Türkiyəni İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb. Bu həftəni əvvəlində Türkiyə Suriyaya qarşı bir sıra iqtisadi sanksiyalar irəli sürüb.
Cənab Bayden Türkiyənin gündəlik “Hürriyet” qəzetinə beynəlxalq ictimaiyyətin Suriyaya qarşı həyata keçirdiyi sanksiyaların bu ölkədə dəyişikliklərə yol açacağına ümid etdiyini və Ankaranın Qərbin nüvə proqramı inkişaf etdirməkdə şübhələndiyi İrana qarşı sanksiyalar həyata keçirməli olduğunu deyib. Bu gün ABŞ-ın vitse-prezidenti Türkiyə prezidenti Abdulla Gül və parlament spikeri Cəmil Çiçəklə görüşüb.