ABŞ-ın vitse-prezidenti Co Bayden əvvəlcədən elan edilmədən İraqa səfər edib. Ağ Evin bəyanatında vitse-prezident Baydenin İraq liderlərilə görüşəcəyi və ABŞ və İraq silahlı qüvvələrinin itkiləri və nailiyyətlərinin qeyd edildiyi tədbirlərdə iştirak edəcəyi deyilir.
Bölgəyə səfər çərçivəsində Bayden Türkiyə və Yunanıstana gedəcək. ABŞ-ın vitse-prezidenti İraqa Amerika qüvvələrinin dekabrın 31-ə qədər ölkədən çıxarılmağa başladığı vaxt səfər edir.
Hazırda 170 min nəfərdən ibarət ABŞ hərbi qüvvələrinin ölkədə sayı 14 minə endiriləcək.
Prezident Obama hərbi qüvvələrin ölkədən çıxarılması prosesi başa çatdıqdan sonra ABŞ və İraq arasında münasibətlərdə yeni mərhələnin başlayacağını deyib.
ABŞ İraqa 2003-cü ildə müdaxilə etmişdi. Bu, Amerika tarixində ən uzun sürən hərbi münaqişələrdən biridir. İraq müharibəsində minlərlə Amerika əsgəri həlak olub.