ABŞ-ın nə Nümayəndələr Palatası, nə də Senatı hökumətin məsrəfləri üçün borc ala bilməsinə dair qanun layihəsini təsdiq edə bilib. Bu, qanunvericiləri çətinliyə salmaqla yanaşı, maliyyə bazarlarına da problemlər yaradır. Ölkənin ilk dəfə üzləşdiyi defoltun aradan qaldırılmasına isə bir həftədən az vaxt qalır.
Nümayəndələr Palatasının spikeri Con Beyner bu gün keçiriləcək səsverməni təxirə salmalı olub. Belə ki, Konqresin büdcə idarəsi planda hökumətin məsrəflərinin kifayət qədər azaldılması nəzərdə tutulmadığını bildirib. Beyner planın yenidən nəzərdən keçiriləcəyinə vəd verib. Bu isə o deməkdir ki, səsvermə sabahdan tez baş tutmayacaq. Spikerin qarşısında yalnız planı bitirmək məsələsi durmur. O, həm də "Cay ziyafəti" hərəkatının mühafizəkar üzvlərini razı salmalıdır. Onlar hökumətin borc limitinin 1 trillion dollar ixtisarını tələb edir. Mühafizəkarların əksəriyyəti Beynerin planının əleyhinə səs verəcəklərini deyirlər.