ABŞ-ın Mərkəzi Bankı Amerika iqtisadiyyatının gələn iki il ərzində zəif qalacağını proqnozlaşdırır

ABŞ-ın Mərkəzi Bankı Amerika iqtisadiyyatının gələn iki il ərzində zəif qalacağını proqnozlaşdırır

ABŞ-ın Mərkəzi Bankı Amerika iqtisadiyyatının gələn iki il ərzində zəif qalacağını proqnozlaşdırır. Dow Jones indekslərinin 600 xal itirməsindən sonra investorlar Mərkəzi Bankın yardımına göz dikib. Mərkəzi Bank isə iqtisadi artımın ciddi şəkildə azaldığını bildirərək, 2013-cü ilədək sələm faizlərinin sıfıra yaxın saxlayacağına vəd verib.

Səhm birjalarında qiymətlər Mərkəzi Bankın bəyanatından sonra düşməyə başlamış və günün sonunadək əsaslı satış əldə edilmişdi. Əsas birjalarda Dow Jones-un 430 xal toplamasından sonra dirçəliş müşahidə edilmişdi. Lakin bir çoxları bunun uzun müddət davam etməyəcəyini deyir.

Nyu-Yorkdan maliyyə məsələləri üzrə vəkil Con Hennesin dediyinə görə, problemin əsasını Avropa və ABŞ-ın borclarının qlobal iqtisadiyyatı zəiflətməsi təşkil edir.”Hər şey stimullaşdırmanın dayandırılması və nə baş verəcəyindən asılıdır. Hökumətin məsrəflrinin ixtisarı,borcların azaldılmasl ya artıma, ya da daha dərin tənəzzülə yol açacaq”.

İqtisadi tənəzzülün dərinləşəcəyinə dair narahatlıqlar Çin və Avropada da müşahidə edilir. Amerikada isə bir çoxları siyasi liderləri günahlandırır. Təhlilçilər hesab edir ki, ABŞ-da istehlakçıların etibarının itirilməsi xaricdə də təsiriə malik ola bilər. Çində inflayasiya səviyyəsinin artması və Avropa ölkələrinin defoltla üzləşməsi qorxuları problemləri daha da dərinləşdirir.