ABŞ Dövlət Departamenti dünya boyu Amerika vətəndaşlarına xəbərdarlıq verib. Xəbərdarlıq Tehranla əlbir olan iki şəxsin ABŞ-dakı Səudiyyə Ərəbistanı səfirini öldürmək qəsdinin üstünün açılmasından sonra verilib.
Dövlət Departamenti bildirib sui-qəsd cəhdi göstərir ki, İran hökumət terror əməliyyatlarına daha intensiv diqqət yetirməyə başlayıb.
Dünən ABŞ Ədliyyə Nazirliyi Amerika vətəndaşı olan Mənsur Ərbabsiarı və İranda qərargahlanan Qüds Korpusunun üzvü Qulam Şakurini Səudiyyə səfiri Adil əl-Cübeyri öldürmək cəhdində günahlandırıb.
ABŞ Baş Prokuroru Erik Holder deyib ki, sui-qəsd planı İranda “düşünülüb, hazırlanıb və idarə olunub.” O, söz verib ki, Vaşinqton İranı bu əmələ görə məsul tutacaq.