Accessibility links

İranın Ali dini rəhbəri ABŞ-ın sui-qəsd cəhdi ilə bağlı iddialarını rədd edir


İranın Ali dini rəhbəri ABŞ-ın sui-qəsd cəhdi ilə bağlı iddialarını rədd edir
İranın Ali dini rəhbəri ABŞ-ın sui-qəsd cəhdi ilə bağlı iddialarını rədd edir

İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi ABŞ-ın Tehranın Səudiyyə Ərəbistanı səfirinə qarşı sui-qəsd cəhdini dəstəklədiyinə dair iddilarını absurd adlandırıb. O, ABŞ-ı Amerikada bir neçə iranlıya qarşı əsassız ittihamlar irəli sürməklə İranı təcrid etmək səy göstərməkdə ittiham edib. Ali dini rəhbər bu açıqlamaları Kərmanşah vilayətində şənbə günü çıxışı zamanı verib. Onun çıxışı sonradan televiziyada yayımlanıb.

Çərşənbə axşamı günü ABŞ-ın Ədliyyə nazirliyi İranın Səudiyyə Ərəbistanın ABŞ-dakı səfiri Adil əl-Cubeyrə qarşı sui-qəsd cəhdinin üstünün açıldığını elan etmişdi. Rəsmiəri bildirir ki, ABŞ sui-qəsd cəhdi ilə əlaqədar iki iranlıya qarşı ittihamlar irəli sürüb. Rəsmilərin bildirdiyinə görə, şübhələnilənlərdən biri Qulam Şakuri İranın elitar Qüds qüvvələrinin üzvüdür.

Bu, İranın dini rəhbərinin iddialara ilk birbaşa reaksiyasıdır. İran bu iddiaları rədd edir.

ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland müxbirlərlə deyib ki, ABŞ bu hərəkəri tamamilə qəbuledilməz və beynəlxalq normaların pozulması hesab edir.

ABŞ və İran sui-qəsd cəhdi ilə əlaqədar BMT-yə məktublar göndərib. ABŞ-ın məktbunda sui-qəsd cəhdinin İran hökumətinin elementləri tərəfindən hazırlanıb, dəstəkləndiyi deyilir. İranın məktubunda isə rəsmi Tehranın məsələ ilə bağlı hiddəti ifadə edilib və düşünülmüş və əsassız adlandırılan iddialar qəti rədd edilib.

XS
SM
MD
LG