Sietlda yaşayan sənətkar Cinni Raffner karyerasının zirvəsində maşın qəzasına uğradı və bunda sonra onun yenidən gəzəcəyinə və ya danışacağına ümid yox idi. O, Birləşmiş Ştatlarda şüşə ilə işləyən ən məşhur sənətkarlardan biridir. Onun heykəltaraşlıq işləri xırda detallara varır və çox zaman yumoristik olur.
Raffner uzun illərdir lampa işi adlandırılan texnikasına görə məşhurlaşıb. O eləcə də şüşəni əridərək istədiyi formaya salmaq üçün alovla işlədiyinə görə də diqqəti cəlb edib.
Lakin 1991-ci ildə üç avtomobilin toqquşması zamanı xəsarət alan Cinni Rafneri demək olar ki, öldü. Onun həyatının qara səhifələrindən danışan sənədli film mükafata layiq görüldü. “Əgər sən ömrün boyu danışa birmir və ya heç nə edə bilmirsənsə, bu, dəhşətdir,” - deyə Cinni bildirir.
Qəzadan sonra Cinni Raffner beş həftə komada, bundan sonra isə 5 il əlil arabasında olub. Lakin hələ də nə yaxşı gəzə, nə də aydın danışa bilən Cinni yenidən işinə qayıtdı. “Mən onlara yaşılın harada, sarının harada olduğunu desəm də, bu işi onların özləri görür,” deyə o, bildirir.
Onlar bu yaxınlarda Sietlda qurğuşun, alüminium və şüşədən hazırladıqları 8.5 metr hündürlüyündəki güldanın açılışını ediblər. Bundan sonra isə Cinninin işlərini Maurin Litelton adlı şəxs özünün Vaşinqton şəhərindəki şəxsi qalereyasında nümayiş etdirdi.
Raffer bütün bunlara nail olmaq üçün uzun zaman tələb olunduğunu və ən çətin məsələnin isə onun fiziki probleminin olduğunu deyir.
Cinni Raffnerin işləri dünyanın 40-dan çox muzeyində nümayiş etdirilib. Onun həyatı və sənəti istər yaşlı, istərsə də gənc nəsli özünə cəlb edir.