ABŞ-da təhsil alan iranlı tələbə Omid Kokəbinin vəkili Səid Xəlil bildirib ki, müdafiə etdiyi şəxs düşmən ölkə ilə əlaqə ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Kokəbiyə qarşı qanunsuz pul mənimsənilməsi ittihamı da irəli sürülüb.
İranlı tələbə fevral ayında təhsilinin davamı üçün Amerikaya yola düşərkən həbs edilib. O, Texas universitetinin fizika fakültəsində təhsil alırdı.