Azərbaycanlı yazıçı və jurnalistin məhkəməsi başlayıb

Bakının Nəsimi rayon məhkəməsinin iclas zalında yazıçı Rafiq Tağı və "Sənət" qəzetinin redaktoru Samir Sədaqətoğlunun məhkəsinə hazırlıq iclası zamanı «Yazıçılara azadlıq!» şüarı səsləndirilib. Məhkəməyə gəlmiş insanlar fərqli fikrə görə yazarların həbsini pisləyib. Rafiq Tağı və Samir Sədaqətoğlu dini ədavəti qızışdırmaq ittiahamı ilə ötən il noyabrın 15-də həbs edilib. Yazıçı və redaktor "Sənət" qəzetində Rafiq Tağının «Avropa və biz» publisist yazısının dərci səbəb olub. İstintaq orqanı hesab edir ki, məqalədə Məhəmməd peyğəmbərin təhqirinə yol verilib. Hakim Məmmədəli Zülfiqarov cinayət işini baxılması üçün Səbael raoyn məhkəsinə göndərilməsi barədə qərar qəbul edib.O qərarını «Sənət» qəzetinin bu rayonun ərazisində fəaliyyət göstərməsilə əsaslandırıb. Vəkil İsaxan Aşurov isə ittihamı əssasız adlandırıb. Onun fikrincə, cənab Tağı və Sədaqətoğlunun əməllərində cinayət tərkibi yoxdur. Fərqli fikrə görə insanların həbsi Azərbaycanın qoşulduğu Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinə ziddir. Cənab Aşurov müttəhimlərin məhkəmə zalına qandallı gətirilməsini və müdafiə tərəfinin onlarla danışığına qulaq asıldığını isə hörmətsizlik adlandırıb. Vəkil həmçinin baş prokurorun birinci müavinin səlahiyyətlərini aşdığını deyib. Cənab Aşurovun fikrincə, baş prokurorun birinci müavini qanusuz olaraq cinayət işinin istintaq səlahiyyətini müəyyən edib və dəyişib. Samir Sədaqətoğlunun atası isə istintaq orqanının heç bir ictimai təhlükə törətməyən oğlunu həbs etməli olmaldığını bildirib. Onun sözlərinə görə, oğlunun iki azyaşıl uşağı var, həyat yoldaşı işləmir. Azərbaycanın tanınmış yazıçı və şairləri fikirə görə insanların həbsini qəti pisləyir. Tanınmış şair Vaqif Bayatlı İranda mollaların Raifq Tağının ölümünə fitva verməsini insan hüquqlarına hörmətsizlik kimi dəyərləndirir. Onun fikrincə, İranda yaşayan on milyonlarla azərbaycanlının ana dilində yazıb, oxumaq hüququ tapdanır. Azərbaycanın Gənc Yazarlar Birliyinin 15 üzvü yazıçı Rafiq Tağının qətlinə fitva verənlərə etiraz olaraq islam dinindən üz döndərdiyini bildirib. Birliyin təmsilçisi Aydın Xan Əmirin sözlərinə görə, Azərbaycan öz konstitusiyasının və insan hüquqları haqqında çoxsaylı beynəlxalq sənədlərin əksinə olaraq "azad sözün" həbsinə qərar verir.