İran Azərbaycanında yeni siyasi hökmlər

Azərbaycanlı siyasi məhbusları müdafiə Komitəsi ASMEK İran Azərbaycanında daha bir neçə siyasi hökmün kəsildiyi barədə məlumat verir. Son məlumatı ASMEK-in sözçşüsü Əlirza Quluncudan almışıq.

Quluncunun sözlərinə görə, bu günlərdə Urmiyəli fəal Əlirza Qomiyə bir il həbs cəzası kəsilib. O, Ana dili günü ilə bağlı nümayişlərdə telefonu ilə video çəkiliş apardığına görə həbs edilib.

Amerikanın səsi apellyasiya hökmünü gözləmək üçün 20 gün vaxt verilən Əlirza Qomi ilə əlaqə saxlamağa nail olub. Əlirza Qomi ona verilən hökmün haqsız olduğunu bildirir. Cənab Qominin İran rejiminə sualları var. O, türk olduğuna görə, düşüncə tərzinə görə həbslərin hansı qanunlara sığdığını sual edir. Cənab Qumi həbsin onu sındıra bilməyəcəyini deyib.

Bu gün isə Əlirza Qomi ilə eyni gündə həbs olunan Urmiyəli jurnalist İsmayil Cavadi və digərlərinin məhkəməsi başlanıb. Cənab Quluncunun verdiyi məlumata görə, məhkəmə dinləmələri hələ başa çatmayıb. ASMEK-in verdiyi məlumata görə, Apellyasiya Məhkəməsi Urmiyəli jurnalist, Yarpaq və Fərdaye Ma (Bizim Sabah) qəzetlərinin yazarlar şurasının üzvü Rəsul Cəfərinin və Xudayar Teymurinin altı aylıq həbs cəzalarını qüvvədə saxlayıb.

Tam reportajı audio-formatda dinləyin