Fransa bildirir ki, hazırda onun Livanda 550 sülhməramlı əsgəri xidmət göstərir və təxminən 3 həftə ərzində daha 2 min əsgər bölgəyə göndəriləcək.
Fransanın müdafiə naziri Mişel Aliot-Marie Wall Street Journal qəzetinə verdiyi müsahibəsində deyib ki, ölkəsi hərbi qüvvələrinin sülhməramlı əməliyyatlar zamanı güc tətbiq etmə səlahiyyəti ilə bağlı əhəmiyyətli izahat alıb.
BMT-nin Baş Katibi Kofi Annan dünən bildirib ki, Fransa Livana göndəriləcək sülhməramlı qüvvələrə 2007-ci ilin fevral ayına qədər komandanlıq edəcək. Ondan sonra bu qüvvələrə İtaliya başçılıq edəcək. İtaliya isə bildirir ki, onun hərbi qüvvələri çərşənbə axşamı artıq Livanda olacaq.
Avropa Birliyi Livana 7 minə yaxın sülhməramlı hərbi qüvvə göndərəcəyinə vəd verib. Bu qüvvə BMT-nin Cənubi Livandakı sülhməramlı qüvvələrinin sayını artıracaq.
BMT-nin Baş Katibi Kofi Annan gələn həftənın əvvələrində Yaxın Şərqə səfər edəcək və Livan ilə Suriya arasındakı sərhəd məntəqələrinə nəcə nəzarət etmək və Hizbullahı necə tərksilah etmək məsələlərini müzakirə edəcək.
Bu arada Hizbullah bu gün bildirib ki, iyul ayında iki əsgərin əsir götürülməsinə İsrailin reasiyası onları təəccübləndirib. Onlar İsrailin yalniz bir neçə gün Livanı bombalayıb sakitləşəcəyini düşünürdülər.