İraqda döyüş zamanı məscidə ziyan dəyib

Birləşmiş Ştatların İraqdakı hərbi rəsmiləri koalisiya qüvvələrinin bu gün Ramadi şəhərindəki məscidə tankdan atəş açdığını deyib. Atəş əmri məscidin içindəkiu yaraqlılar koalisiya qüvvələrinə hücum etdikdən sonra verilib.

Verilən məlumata görə, Ramadidəki Əl Qədr Əl Kilami məscidinin minarəsinə və günbəzinə ciddi ziyan dəyib. Döyüş zamanı bir ABŞ əsgəri yaralanıb. Assoşieyted Press agentliyinin verdiyi xəbərə görə, vuruşmalar zamanı 3 nəfər ölüb, 20 nəfər yaralanıb.