Accessibility links

İraqda döyüşlər gedir


İraq rəsmilərinin verdiyi məlumata görə ölkənin cənubunda baş verən döyüşlərdə 40 Şiə yaraqlı və 20 İraq əsqəri həlak olub. Şiələrin əksəriyyət təşkil etdiyi Divaniyə şəhərində döyüşlər dünən axşam başlayıb.

İraq rəsmilərinin bildirdiklərinə görə, döyüşlər təhlükəsizlik qüvvələri Mehdi Ordusuna mənsub olan militantların əlindəki qeyri-qanuni silahları almağa çalışarkən başlayıb. Mehdi ordusunun bağlı olduğu şiə lider Möqtəda Əl Sədrin rəhbərliyi altındakı fraksiya İraq hökumətində də təmsil olunur.

İraqın baş naziri Nuri Əl Maliki Milli Barışıq Planının bir hissəsi olaraq yaraqlı qrupları tərksilah etmək əzmində olduğunu bildirib. İraqdan gələn digər xəbərlərdə qeyd olunur ki, bu gün Bağdadda daxili işlər nazirliyi binasının yaxınlığında intiharçının bomba yerləşdirilmiş maşını partlatması nəticəsində 16 adam həlak olub, 40 adam isə yaralanıb.

Son iki gündə baş verən zorakılıq hərəkətlərinə baxmayaraq, ABŞ-ın İraqdakı hərbi nümayəndəsi bildirib ki, Bağdadda həyata keçirilən əməliyyatlardan sonra zorakılıq hərəkətlərinin sayı azalıb.

XS
SM
MD
LG