Avropa Birliyi ölkələri sülhməramlı göndərməyə çağırır

Finlandiyanın xarici işlər naziri BMT sülhməramlı qüvvələrinin Livanda gələn həftə ərzində işə başlamasını istəyib. Avropa Birliyində prezidentlik edən Finlandiyanın xarici işlər naziri Erkki Tuomioja AB ölkələrində cümə gününə qədər nə qədər qoşun göndərəcəkləri haqda məlumat gözlədiyini deyib.

Bu arada Fransa cəmi 200 əsgər göndərməsi ilə bağlı tənqidlə üzləşdikdən sonra bu gün əsgərlərinin sayını artıracağına söz verib. Qeyd edək ki, BMT qətnaməsində Livanda əlavə 15 min qoşuna ehtiyac olduğu bildirilir.