Birləşmiş Ştatlar və Ukrayna arasında nadir təbii ehtiyatlarla bağlı razılaşma ABŞ-a Vaşinqtonun Rusiyanın davam etdirdiyi müharibədə özünü müdafiə edən Kyivə hərbi yardımının təzminatı kimi Ukraynanın nadir minerallarına çıxış imkanı verməsini nəzərdə tutur. Bir sıra ekspertlər razılaşmanın hər iki ölkənin maraqlarına uyğun olduğunu bildirir. Vaşinqtonda Atlantik Şuranın Avrasiya mərkəzinin direktoru, ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatlar və Ukrayna arasında təbii ehtiyatlarla bağlı razılaşma və Ukraynada müharibəyə son qoyulması üçün diplomatik səylər haqda danışıb.
Con Herbst: Ukraynanın nadir mineralları ilə bağlı razılaşma hər iki ölkə üçün yaxşı anlaşmadır
Your browser doesn’t support HTML5
Vaşinqtonda Atlantik Şuranın Avrasiya mərkəzinin direktoru, ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatlar və Ukrayna arasında təbii ehtiyatlarla bağlı razılaşma və Ukraynada müharibəyə son qoyulması üçün diplomatik səylər haqda danışıb.