Hüquq müdafiəçiləri Təbrizdə mədəni fəal və “Traktor Azərbaycan” futbol komandasının tərəfdarlarından olan Əmin Tağızadənin saxlanıldığını bildiriblər.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Araz News xəbər saytı kimi məbələr bu barədə məlumat yayıb.
“Əmin Tağızadə şənbə günü Təbrizin ümumi və inqilab prokurorluğunun 10-cu şöbəsinə müraciət etdiyi zaman saxlanılıb,” HRA agentliyinin martın 4-də yaydığ xəbərində dərc edilib.
Mədəni fəalın hansı səbəblə prokurorluğa müraciət etdiyi ilə bağlı məlumat yayılmayıb. Ancaq o daha əvvəl də göstərdiyi mədəni fəaliyyətlərinddən dolayı təhlükəsizlik qüvvələrinin təzyiq və təqriblərinə məruz qalıb.
SEE ALSO: Ərdəbil və Gilan vilayətlərində milli fəallar məhkəməyə çağırılıbƏmin Tağızadə 2024-cü ilin mart ayında Təbrizdə Traktor və Havadar komandaları arasında keçirilən oyun zamanı bir neçə digər Traktor azarkeşi ilə birlikdə nəzarət altına alınmışdı. Tağızadə və digər fəallar az müddət nəzarətdə saxlanıldıqdan sonra sərbəst buraxılmışdılar.
Daha sonra Təbriz prokurorluğu onların işinə bir illik sınaq müddəti ilə şərti xitam verilməsi barədə qərar çıxarıb.