Accessibility links

Ərdəbil və Gilan vilayətlərində milli fəallar məhkəməyə çağırılıb


Siyasi fəallar Kazım Səfabəxş və Vədud Əsədi
Siyasi fəallar Kazım Səfabəxş və Vədud Əsədi

Milli fəallar Kazım Səfabəxş və Vədud Əsədi müvafiq olaraq Gilan və Ərdəbil vilayətlərində məhkəməyə çağırılıblar.

Güney Azərbaycan Televiziyası (Günaz TV) və AZOH Telegram kanalı kimi mənbələr bu barədə məlumat yayıblar.

Türk dil hüquqları müdafiəçisi və “Traktor Azərbaycan” klubunun azarkeş qrupu liderlərindən biri olan Kazım Səfabəxşin ona qarşı irəli sürülən “İslam Respublikası nizamına qarşı təbliğat” ittihamı ilə bağlı açıqlama vermək üçün Meşginşəhr (Xiyav) şəhərinin ümumi və inqilab prokurorluğuna çağırıldığı bildirilib.

Surəti AZOH Telegram kanalında yayılan 1 mart tarixli elektron çağırışa əsasən, siyasi fəaldan 5 gün ərzində şöbəyə müraciət etməsi tələb olunub. Çağırış vərəqəsində verilən möhlət ərzində müraciət edilmədiyi təqdirdə fəala qarşı həbs qərarı çıxarılacağı bildirilib.

Səfabəxş əvvəlki illərdə də göstərdiyi milli-mədəni fəaliyyətləri səbəbilə həbs və digər təzyiqlərə məruz qalıb.

Rəşt şəhərində yaşayan digər milli fəal Vədud Əsədinin isə Gilan Apellyasiya Məhkəməsinə çağırıldığı bildirilib.

Günaz TV xəbər saytına istinadən, Əsədidən aprelin 26-da məhkəməyə müraciət etməsi tələb olunub. Ancaq çox güman ki, siyasi fəal o tarixdə başqa bir məhkəmə işi ilə əlaqədar həbsxanada olacaq.

Mənbənin bildirdiyinə görə, Vədud Əsədi deyib ki, “iştirak etdiyim məhkəmədə ədalət təmin olunmamışdı. Bu halda, əsrilikdə olacağım üçün iştirak edə bilməyəcəyim bir məhkəmə iclasından necə bir nəticə gözləyə bilərəm?”

Əsədi daha əvvəl Tehran İnqilab Məhkəməsi tərəfindən “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə təqsirli bilinərək 4 il həbsə məhkum edilib. O, bu yaxınlarda hökmün icrası üçün icra şöbəsinə çağırılıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG