Üç məhkəmə işi üzrə mühakimə olunan siyasi fəal Vədud Əsədənin Rəşt Cəza Məhkəməsindəki işinə xitam verildiyi bildirilib.
Güney Azərbaycan Televiziyası (Günaz TV) və İranda İnsan Haqları saytı kimi mənbələrin bildirdiyinə görə, Rəşt şəhəri Cəza Məhkəməsinin 109-cu şöbəsi türk fəal barəsində məhkəmə təqibinin dayandırıldığına dair qərar çıxarıb.
Vədud Əsədi bir müddət idi ki, eyni vaxtda Rəşt İnqilab Məhkəməsi, Rəşt Cəza Məhkəməsi və Tehran İnqilab Məhkəməsində üç iş üzrə mühakimə olunurdu.
Əsədi fevral ayının 5-7-si tarixlərində İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində nəzarət altına alınaraq Tehranın Evin Həbsxanasına köçürülən 30-a yaxın türk fəallardan biri olub. O, bir aydan artıq nəzarətdə qaldıqdan sonra mülki zəmanət qarşılığında sərbəst buraxılmışdı. Milli fəal keçən oktyabr ayında Tehran İnqilab Məhkəməsinin hakimi Abülqasım Salavati tərəfindən “milli təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamından təqsirli bilinərək 4 ay həbsə məhkum edilib.
Rəşt İnqilab Məhkəməsi isə bir neçə həftə əvvəl Əsədiyə qarşı 5 il 6 aylıq həbs cəzası çıxarıb. Əsədi Rəştin İnqilam Məhkəməsində “İranın ali liderini təhqir etmək”, “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə nizama müxalif qruplaşmalara üzv olmaq” və “nizama qarşı təbliğat” ittihamları ilə mühakimə olunmuşdu.
Vədud Əsədi göstərdiyi siyasi və mədəni fəaliyyətlərindən dolayı keçən təqribən 15 ildən bəri dəfələlərlə həbs və mühakimə olunub.
Forum