"Abzas Media işi" üzrə Bakı Ağır Cinayətlər məhkəməsində ilk iclas keçirildi

Your browser doesn’t support HTML5

Dekabrın 28-də “Abzas Media” işi üzrə ilk baxış iclası keçirilib. Hakim Rasim Sadıxovun sədrliyi ilə Bakı Ağır Cinayətlər məhkəməsində baş tutan prosesdə müdafiə tərəfi bir sıra vəsatət təqdim edib. Jurnalistlərin vəkilləri bildirib ki, vəsatətlərdən bəziləri təmin olunsa da,digərləri qəbul edilməyib.