İctimai fəal: Mən bir dəfə narkotik görmüşəm,onu da Azərbaycan polisi cibimə atıb
Your browser doesn’t support HTML5
Dekabrın 17-də ictimai fəal, İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun növbəti məhkəmə prosesi keçirilib. Proses hakim Rasim Sadıxovun sədrliyi ilə Bakı Ağır Cinayətlər məhkəməsində baş tutub.