Prezident Bayden yanvarın 20-də hakimiyyətdən getməzdən əvvəl Konqresdən Ukrayna üçün əlavə 24 milyard dollar ayrılmasını istəyib. Bu, Bayden administrasiyasının keçən ay Kyivə Amerika silahlarından Rusiyanın daxilində hədəflərə zərbələr endirmək üçün istifadə etməyə icazə verməsindən sonraya təsadüf edir. Qərar ABŞ-ın siyasətində böyük dəyişiklikliyi əks etdirir və Baydenin vəzifəsini tərk etmək ərəfəsində olduğu və yeni seçilmiş prezident Donald Trampın Amerikanın Ukraynaya dəstəyini məhdudlaşdıracağına və müharibəni mümkün qədər tez bitirəcəyinə söz verdiyi vaxt verilir. Ukrayna Radasının üzvü, Krım tatarlarının lideri Mustafa Cemilev Amerikanın Səsinə müsahibədə Ukraynada müharibənin gedişi, ABŞ-ın son qərarları və yeni Tramp administrasiyasından gözləntilər haqda danışıb.
Mustafa Cemilev: Qərb unutmamalıdır ki, bu, təkcə Ukrayanın savaşı deyil
Your browser doesn’t support HTML5
Ukrayna Radasının üzvü, Krım tatarlarının lideri Mustafa Cemilev Amerikanın Səsinə müsahibədə Ukraynada müharibənin gedişi, ABŞ-ın son qərarları və yeni Tramp administrasiyasından gözləntilər haqda danışıb.