Şəkinin Kiş kəndində yaşayan qadının həyat mübarizəsi və uğur hekayəsi haqda film təqdim edilib

Your browser doesn’t support HTML5

Noyabrın 26-sı gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq çərçivəsində "Orda bir möcüzə var" qısa filminin nümayişi baş tutub. Rejissoru Səhər Cahan, ssenari müəllifi Gülarə İsmayılovaya məxsus film Şəkidə yaşayan İlhamə Hüseynovanın hekayəsini onun öz dilindən nəql edir.