Ural Hatəmi: İranda pan-türkist kimi etiketlərə qarşı məlumatlanaraq müqavimət göstərilə bilər

Ural Hatəmi

Bu yaxınlarda İran prezidenti Məsud Pezeşkianın Təbrizdə bir neçə siyasi fəalla görüşməsi İran siyasi mühitində ciddi mübahisələrə yol açıb. Bəzi iranlı siyasətçilər, jurnalistlər və akademiklər prezidentin “pan-türkistlər və bölücülər” ilə görüşdüyünü iddia edərək, Məsud Pezeşkianı “mənsuniyyəti bilinməyən şəxslərlə görüşməməyə” çağırıblar.

Amerikanın Səsinə danışan sosioloq və siyasi fəal Ural Hatəmi “pan-türkist” və “bölücü” kimi kəlmələrin İranda siyasi diskursların “qarşıdurması və sürtüşməsi” nəticəsində yaranan etiketlər olduğunu deyir. O, bu etiketlərin eyni zamanda “hüquqi və cəza yükü daşıya biləcəklərini” vurğulayır.

Your browser doesn’t support HTML5

Ural Hatəmi: İranda pan-türkist kimi etiketlərə qarşı məlumatlanaraq müqavimət göstərilə bilər

“Siyasi sahədə, mübarizə sahəsində istər-istəməz həm hakimiyyətlər olsun, həm də mübarizə edən qruplar olsun, fərqli ideologiyalar olsun, bunların hamısının özlərinə məxsus diskursları olar və bu diskurs dil və kəlmələr ilə şəkillənən bir şeydir. Bu diskurslar dinamik olur. Zaman içərisində dəyişər. Zaman içərisində fərqli kəlmələri istifadə edər, azaldar və ya çoxaldar,” Ural Hatəmi söyləyir.

O, “pan-türkist” və “ayrılıqçı” kimi etiketlərin İran milliyyətçiliyi və İslam Respublikası ideologiyası diskursunda istifadə olunan kəlmələr olduğunu önə çəkir:

SEE ALSO: Vahid Qarabağlı: Pan-türkizm damğasından İranda türk kimliyini əzmək üçün istifadə edirlər

“İndi biz İranda türk hərəkatının diskursunu görürük. Milli haqlar uğruna aparılan mübarizədə bu diskursun şərtlərə görə, gündəmdə olan siyasi məsələlər görə dəyişdiyini də görürük. Buna qarşı, pan-türkimz kimi, bölücülük kimi etiketləmələr də o mərkəziyyətçi, irançı, fars milliyyətçisi və İslam Respublikası çəyirdəyini təşkil edən o ideologiyanın diskursunda istifadə olunan kəlmələrdir. Bunlar eyni zamanda ittihamdır.”

Sosiloq bu kəlimələrin bəzi durumlarda hüquqi və cəza yükü daşıya biləcəklərini qeyd edir.

“Bəzi kəlimələrin hüquqi və hətta cəzai yükü vardır. İndi birinə pantürk və ya təcziyə tələb, ayrılıqçı etiketi yapışdırmaq hüquqi mənada İranın təhlükəsizlik qüvvələrinin əlinə bir bəhanə verir. Ola bilər ki, o orqanlar da bilirlər, bu, o deyil. Ancaq o etiketlərdən istifadə edib və o şəxlərə qarşı bir həbs qərarı çıxarılır, ya dosyesinə bir şey yazırlar, ya əziyyət edirlər. Bunlar baş verir. Bunlar yalnız siyasət sahəsində olmur. Etiketləmə və ya türkcədə yafta və yaftalama deyilən şey çox önəmli bir sosiloji teorisidir” - deyə, Ural Hatəmi bildirir.

SEE ALSO: Məsud Pezeşkiyan: Əgər İranda pan-türkizm varsa, bu, ədalətsizlikdən irəli gəlir

Onun fikrincə, bu etiketlərə qarşı müqavimət göstərmək onları tanımaq və onlarla bağlı məlumat sahibi olaraq mümkün ola bilər.

“Sadəcə siyasətdə deyil, normal həyatımızda da bu etiketlər olur. Amma insanların psixologiyalarından, insanlar məsələni nə qədər bilir, o etiketlə bağlı nə qədər məlumatları var, ondan asılı olaraq özlərini müdafiə edə bilərlər. Açıqlıq gətirə bilərlər. İranda indi Pezeşkian ki, mən onu tamamən sistemə inteqrasiya olunmuş bir insan bilirəm, ona belə pan-türkist deyənlər var” - deyə, Ural Hatəmi əlavə edir.