Təqaüddə olan müəllimin gəlincik dünyası
Your browser doesn’t support HTML5
69 yaşlı Nadejda Potaenko bir vaxtlar məktəbdə rus dili və ədəbiyyat müəllimi kimi işləyib. 30 ildən çox pedaqoji fəaliyyət göstərən bu qadın təqaüdə çıxandan sonra həyatında yeni bir səhifə açıb. Uşaqlıqdan bəri maraq göstərdiyi əl işləri ilə məşğul olmağa, xüsusilə gəlinciklər tikməyə başlayıb.