Rusiya Prezidenti Azərbaycan və Ermənistan liderləri ilə ayrılıqda görüş keçirib

Oktyabrın 8-də Moskvada MDB ölkələri başçılarının sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ayrılıqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Görüşlərin əsas mövzusu iqtisadi-ticarət əlaqələri olub.

Prezident Vladimir Putin Prezident Əliyevlə görüşündə bildirib ki, iki ölkənin münasibətləri müsbət inkişaf edir, onu Azərbaycana səfər zamanı da bildirib.

“Əmtəə dövriyyəsi 4 dəfədən çox – 4,3 milyard dollardır. Bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur. Energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var. Onların hamısı perspektivlidir, realdır, həm ikitərəfli, həm də çoxtərəfli layihələr aktualdır”, o qeyd edib.

İlham Əliyev və Vladimir Putin (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

Prezident İlham Əliyev Rusiya prezidentinin Azərbaycana dövlət səfərindən sonra ikitərəfli münasibətlərin dinamikası kifayət qədər nəzərə çarpır. Avqust ayında Bakıda əldə olunmuş qərarların yerinə yetirilməsi çərçivəsində artıq müxtəlif strukturların nümayəndələri səviyyəsində, hökumət üzvləri arasında çoxlu təmaslar olub.

“Gündəliyimiz kifayət qədər genişdir və həmin layihələr, xüsusən avqust ayında Bakıda nəzərdə tutduqlarımız, əlbəttə ki, bizim daimi diqqət və nəzarətimizi tələb edir. Beləliklə, bu gün gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün yaxşı fürsətdir”, o qeyd edib.

Görüşdə Azərbaycan Prezidenti oktyabrın 23-24-də Kazanda BRICS xətti ilə kçeiriləcək BRICS plyus-autriç tədbirlərində iştirak edəcəyini bildirib.

Vladimir Putin 25 həmkar dövlətin tədbirdə iştirakını təsdiq etdiyni deyib.

Rusiya Prezidenti Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə deyib ki, iki nölkıə arasımda ticarət-iqtisadi əlaqələr çox enerjili və uğurla inkişaf edir.

“Ötən il ticarət dövriyyəsi 7,4 milyard dollara çatıb, bu ilin birinci yarısında isə iki dəfə yarım artaraq 8,3 milyard dolları ötüb. Bu templə getsək, bu o deməkdir ki, bu il ticarət dövriyyəsi 14-16 milyard dollara çata bilər. Bu, rekord göstəricidir.

Vladimir Putin və Nikol Paşinyan (Məmbə: Kreml.ru)

Rusiya Ermənistan iqtisadiyyatına 4 milyard dollara yaxın sərmayə qoyan aparıcı xarici investordur və həm hökumətlərarası komissiya çərçivəsində, həm də biznes şurası çərçivəsində baş verənlər müvafiq yaxşı nəticələr verir.

Təbii ki, humanitar əməkdaşlıq aspekti çox vacibdir. İndi bu barədə daha ətraflı danışacağıq. Nikol Vladimiroviç hesab edir ki, burada təhsil məkanında əməkdaşlıqla bağlı buraxılmış bəzi məqamları toplamaq lazımdır”, o qeyd edib.

Baş nazir Paşinyan deyib ki, son aylar ərzində iki liderin kifayət qədər fəal siyasi dialoqu olub.

“Baş nazirin müavini Overçuk Yerevana, bizə qonaq gəldi. İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası nəinki baş tutdu, hətta biz gündəlikdə duran bütün məsələlər barədə kifayət qədər əsaslı şəkildə danışdıq. Oktyabrın əvvəlində Yerevanda Avrasiya İqtisadi İttifaqının hökumətlərarası şurasının iclası keçirilib. Bu şuranın kənarında biz Rusiya Hökumətinin sədri Mixail Mişustin ilə əməkdaşlığımız və Ermənistan və Rusiya gündəliyi məsələlərini kifayət qədər mənalı müzakirə etdik”, o qeyd edib.

Mətbuata rəsmi açıqlamalarda danışıqlarda Azərbaycan-Ermənistan sülh prosesi ətrafında fikir mübadiləsinin olub-olmaması barədə məlumat yer almayıb.