Rusiya Trampa qarşı sui-qəsd cəhdində "Ukrayna əlaqələri" ilə bağlı əsassız iddialar irəli sürür

Your browser doesn’t support HTML5

Sentyabrın 24-də Amerika Birləşmiş Ştatları 58 yaşlı Rayn Rutu keçmiş ABŞ prezidenti Donald Trampa sui-qəsd təşkil etməkdə ittiham edib. Rusiya və ABŞ-dakı Kreml yönümlü mənbələr isə Raynın Kyiv adından hərəkət etdiyini iddia etmək üçün onun Ukraynaya dəstək verdiyi keçmişindən istifadə edirlər.