Yazıçı Zöhrə Vəfayinin Təbrizdə keçirilən dəfn mərasimində həbs edilən siyasi fəal İbrahim Asmaninin Təbriz Mərkəzi Həbsxanasına köçürüldüyü barədə məlumat yayılıb.
Bu barədə Araznews və AZOH Telegram kanalları xəbər verib.
Məlumata görə, İbrahim Asmani (Azəroğlu) sentyabrın 27-də Təbriz həbsxanasından ailəsinə zəng edərək yeni yerə köçürüldüyünü bildirib.
Həmin zəng zamanı o, həbs və dindirmə prosesində təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyünü və ayağından yaralandığını da qeyd edib.
SEE ALSO: Təbrizdə milli fəal İbrahim Asmaninin həbs edildiyi bildirilibİbrahim Asmani, yazıçı və jurnalist Zöhrə Vəfayinin sentyabrın 24-də keçirilən dəfn mərasimində iştirak edərkən həbs edilib. Onun həbsi ilə bağlı səbəblər və irəli sürülən ittihamlar barədə isə hələ ki heç bir məlumat verilməyib.