Sina Yusufi: İranda ‘Hicab və İffət’ qanununun qəbul edilməsi ilə qadınlara qarşı zorakılıq qanuniləşir

Sina Yusufi, hüquqşünas

İranda konstitusiyanı qoruma şurası bir neçə gün öncə qadınların geyiminə nəzarəti gücləndirən “Hicab və İffət” qanununu qəbul edib. İSNA agentliyinin çərşənbə günü yaydığı məlumata əsasən, İran parlamentinin sədri bu günlərdə yeni qanunu elan edəcək.

Amerikanın Səsinə müsahibədə yeni qanunu şərh edən hüquqşünas Sina Yusufi, sözügedən qanunla artıq İranda qadınlara qarşı tətbiq edilən zorakılığın qanuniləşdiyini ifadə edib.

Your browser doesn’t support HTML5

Sina Yusufi: İranda ‘Hicab və İffət’ qanununun qəbul edilməsi ilə qadınlara qarşı zorakılıq qanuniləşir

Sina Yusufinin dediklərinə görə, “layihənin konstitusiyanı qoruma şurası tərəfindən qəbul edildiyinə görə, artıq biz buna Hicab və İffət qanunu deyə bilərik. Qanun şura tərəfindən qəbul edildikdən sonra prezidentə göndərilir ki, 5 gün ərzində icra üçün qurumlara elan edilsin, ki o 5 gün də keçib. Qanun bu müddətdə prezident tərəfindən elan edilməsə, məclis sədri tərəfindən də elan edilə bilər.”

Vəkilin sözlərinə görə, yeni qanun, qadınlara qarşı xüsusilə son bir il ərzində daha da aqressiv amma qanundankənar bir çərçivədə tətbiq edilən təzyiqlər və məhdudiyyətlərin qanuniləşdirilmiş formasıdır.

SEE ALSO: Prokuror: Qəzvində 'hicab və iffət qanunu' ilə əlaqədar 173 nəfərə qarşı məhkəmə işi açılıb

“Bu qanundan öncə İranın İslami Cəza Qanununda bir maddə var idi ki, hicabsızlığa görə idi. Yəni, bu ki, hicab tamamən olmasın. Amma, yeni qanuna çox məfhumlar artırılıb. Bəzi tənqidlər də budur ki, əlavə olunan bu məfhumların heç birisi tərif olunmayıb. Məsələn ‘çılpaqlıq’ və ya ‘kəm-hicab’ kimi kəlmələr əlavə olunub. Halbuki, öncəki qanunda xalqın gözü önündə hicabsızlıq bəhsi idi, ki cüzi cəzası var idi və daha çox pul cəriməsinə məhkum olurdular,” Yusufi bildirib.

Sina Yusufi İslam Respublikasının ‘İrşad dövriyyələri’ (hicaba nəzarət patrulları) adı ilə tanınan qüvvələrə diqqət çəkərək deyib ki, “keçən 20 il ərzində bu İrşad dövriyyələri ilə əlaqədar böyük tənqid var idi ki, bunun qanuni təməlinin olmaması idi. Deyilirdi ki, bu bəxşnamə (bildiriş) ilə olmaz və gərək qanuna əsaslansın. İndi o qanun çıxarıldı. Yəni, bu son illərin olaylarından sonra bunlar istədilər ki, qanundan daha ciddi şəkildə basqı vasitəsi kimi istifadə etsinlər. Bu yeni qanunda ağır-ağır cəzalar var. Cərimə cəzaları çox yuxarıdar. Dələduzluq və daha böyük suçlara belə elə cərimələr yoxdur. Qanunda həbs cəzası da var. Ölkədən çıxış qadağası var. Bu cəzalar ağır cinayətlər üçündür.”

Hüuqşünas “Hicab və İffət” qanununun qəbul edilməsi ilə qadınlara qarşı zorakılığın qanuniləşdiyini vurğulayıb. Onun sözlərinə görə, yeni qanunun qüvvəyə minməsi qadınların ictimai və iqtisadi fəaliyyətlərdən uzaqlaşdırılmasına yol açacaq.

SEE ALSO: Nahid Cəfəri: Tehranın aqressiv hicab siyasətinin hədəfi toplumda qorxu və bölgü yaratmaqdır

“Bu qanun qadınların ictimai fəaliyyətlərini azaldıb, iqtisadi problemlər yarada bilər. Cərimələr ki, iqtisadi basqı olacaq. Ancaq, bir də qadınların toplumda daha az görünməsinə səbəb olacaq. Hətta qadınlardan əlavə kişilər də, məsələn takisində bir qadın hicaba riayət etməsə o taksi sürücüsü də bu qanuna əsasən cərimə ola bilər. Və ya məsələn bir dükkan, bir kafe bağlana bilər, orada birinin hicaba riayət etməməsinə görə. Bunlar xanımların ictimai fəaliyyətlərini əngəlləyə bilər. Əlbəttə bunlar daha əvvəl də olurdu. Görürdün məsələn bir taksi sürücüsü bir xanımı endirir ki, sən hicaba riayət etmirsən mən cərimə oluram. Bunlar keçən bir il içərisində olurdu. Yəni bu qanun olmadan da var idi.”

İnsan haqları vəkili hesab edir ki, İran İslam Respublikasının yeni qanunu çıxarmaqdan hədəfi qadınların geyiminə nəzarət edən müxtəlif orqanların fəaliyyətini nizama salmaq ola bilər.

“Bu qanunu çıxarmaqla hədəf bu idi ki, bu işi sistematik etsinlər. Yəni, orqanların arasında hicaba riayət etməyənlərə qarşı ölçü götürməkdə neçə başlılıq var idi. İndi bu qanun formasına gəldiyinə görə, o əlaqədar orqanların bu qanunun icrası ilə bağlı işləri müəyyən olub. Büdcəsi necə təmin olacaq müəyyən olub. Yəni, bu qanunla qadınların basıdrılması və haqlarının əzilməsi sistematik olur,” deyə Sina Yusufi əlavə edib.